Milli Hokkey Liqasının final seriyasında 3-cü oyun geridə qalıb. İlk iki görüşdə olduğu kimi, bu dəfə də “Florida Panters” qələbə qazanıb.

Bu dəfə oyun Edmontonda keçirilib. Qonaqların üstünlüyü oyunun əvvəllərindən görünüb. Bütün görüş ərzində meydan sahibləri yalnız rəqibə çatmağa çalışıblar. Lakin onların gücü yalnız fərqi minimuma endirməyə yetib – 3:4.

Xatırladaq ki, növbəti oyun da “Edmonton Oylers”in meydançasında keçiriləcək. Florida komandası qələbə qazanacağı təqdirdə Stenli kubokunun qalibi olacaq.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp