18 yaşlı hindistanlı şahmatçı Divya Deşmux 20 yaşadək qızlar arasında dünya çempionu olub. Hindistan şahmatçısının nəticəsi 11 turda doqquz qələbə və iki heç-heçədən ibarətdir.

Dünya çempionatında bürünc medalı isə həmyerlimiz Ayan Allahverdiyeva qazanıb. O, çempionatı 8,5 xalla  tamamlayıb.

Xatırladaq ki, dünya çempionatı İyunun 2-dən 13-dək Hindistanın Qandinaqar şəhərində baş tutub. Kişilərin yarışında Qazaxıstanı təmsil edən Noqerbek Kazıbek qalib olub.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp