AFFA-nın təşkilatçılığı, UEFA-nın dəstəyi ilə keçirilən D kateqoriyalı məşqçi kurslarına yekun vurulub.

Futbolinfo.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Quba Olimpiya İdman Kompleksində keçirilən kurs ümumilikdə 3 gün davam edib.

Son gündə iştirakçılara kursu bitirdiklərinə dair müvafiq lisenziyalar təqdim olunub.

Lisenziyaları iştirakçılara AFFA-nın Kütləvi Futbol Departamentinin rəhbəri, veteran futbolçu Fərrux İsmayılov, AFFA-nın məşqçi kurslarının təlimatçıları İlham Əzizzadə və Dəyanət Əliyev təqdim ediblər.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp