Davit Volkovla yollarını ayıran “Sabah”ı daha bir futbolçu tərk edib. Futbolinfo.az-ın əldə etdiyi məlumata görə, Masazır təmsilçisi ispaniyalı hücumçu Kristian Sebalyosla yolları ayırıb.

Onunla iyunun 30-da başa çatacaq müqavilə yenilənməyəcək. Paytaxt klubu tezliklə bu barədə rəsmi açıqlama verəcək.

Qeyd edək ki, Kristian Sebalyos 2021-ci ildə “Sabah”a transfer olunmuşdu. O, “bayquşlar”ın heyətində 29 oyun keçirib və 5 dəfə rəqib qapılarına yol tapıb. Ardıcıl zədələr ispan yarımmüdafiəçiyə özünü göstərmək imkanı vermədi.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp