Çimərlik voleybolu üzrə qadın və kişilər arasında keçiriləcək Azərbaycan çempionatının tarixində dəyişiklik olub.

Futbolinfo.az xəbər verir ki, iyunun 25-28-də təşkili nəzərdə tutulan çempionat 18 yaşadək qız və oğlanlardan ibarət komandaların beynəlxalq yarışda iştirakı səbəbindən təxirə salınıb.

Dəyişikliyə əsasən, ölkə birinciliyi 16-19 iyul tarixində təşkil olunacaq.

Qeyd edək ki, yarış üçün qeydiyyat iyunun 30-dək davam edəcək.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp