“Sabah” FK yarımmüdafiəçi Kristian Sebalyosla yollarını ayırıb.

Futbolinfo.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, ispaniyalı futbolçu ilə mövsümün sonunda başa çatan müqavilə müddəti yenilənməyib.

Sebalyosa kluba xidmətlərinə görə təşəkkür edilib, ona gələcək karyerasında uğurlar arzulanıb.

“Sabah” daha öncə “Zirə”yə keçən Davit Volkovla da yollarını ayırmışdı.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp