İtaliya Tennis Federasiyası Parisdə keçiriləcək Olimpiya Oyunları üçün milli komandanın tərkibini açıqlayıb. Dünyanın bir nömrəli tennisçisi Yannik Sinner həm tək, həm də qoşa yarışlarda çıxış edəcək.

Kişilər təklər: Yannik Sinner (dünyanın 1-ci raketkasi), Lorenzo Musetti (30), Matteo Arnaldi (34), Luçano Darderi (41).

Qadınlar təklər: Jasmin Paolini (7), Elizabetta Koççiaretto (43), Luçia Bronzetti (66).

Kişi cütlükləri: Yannik Sinner – Lorenzo Musetti, Andrea Vavassori – Simone Bolelli.

Qadın cütlükləri: Jasmin Paolini – Sara Errani, Elizabetta Koççiaretto – Luçia Bronzetti.

İtaliyanın qarışıq cütlər komandasının tərkibi haqqında məlumat bir qədər sonra veriləcək. Olimpiya tennis turniri iyulun 27-dən avqustun 4-dək “Rolan Qarros”da, torpaq kortlarda keçiriləcək.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp