“Kvadvo Dua kimi hücumçuya ehtiyacımız var idi”. Bu sözləri İsveçrə millisinin baş məşqçisi Murat Yakın Macarıstan ilə keçirilən AVRO-2024-ün qrup mərhələsinin I turunun oyunundan sonra baş tutan mətbuat konfransında deyib.

49 yaşlı mütəxəssis komandasının hər bir üzvünün yaxşı çıxış etdiyini bildirib: “Futbolçularımı qələbə münasibəti ilə təbrik edirəm. İlk hissədə istədiyimiz oyunu sərgilədik. Azarkeşlərimiz möhtəşəm idi. Dua bu gün əla oyun sərgilədi. Xoş sözlər üçün hər kəsə təşəkkür edirəm, lakin hələ heç nə əldə etməmişik”.

Qeyd edək ki, Almaniyada təşkil olunan AVRO-2024-ün A qrupunun ikinci matçında İsveçrə Macarıstan yığmasına 3:1 hesabı ilə qalib gəlib.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp