29 yaşlı xorvatiyalı hücumçu Mario Hezonya “Real”dan ayrılaraq “Barselona” ilə müqavilə imzalayıb. Bu barədə İspaniyanın “Marca” nəşri məlumat yayıb. Hezonyanın “Barselona” ilə müqaviləsinin dörd mövsümlük olduğu və basketbolçunun ildə 3 milyon avro qazanacağı bildirilir.

Hezonya “Real”la müqaviləsini uzatmaq istəsə də, Madrid klubu onun maaşını artırmağa razı olmayıb.

Xatırladaq ki, MBA-ya getməzdən əvvəl 2012-2015-ci illərdə oynadığı Barselonaya qayıtdıqdan sonra, Hezonya Şeyn Larkin, Mayk Ceyms və Kendrik Nan ilə bərabər Avropanın ən yüksək maaş alan oyunçularından birinə çevriləcək. Onun yeni maaşı Madriddəki qazancından qat-qat yüksək olacaq.

Avroliqanın ötən mövsümündə Hezonya müntəzəm çempionatda 33 oyunda iştirak edib və burada orta hesabla 14 xal, 4.5 ribaund və 0.8 məhsuldar ötürmə ilə yadda qalıb.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp