İspaniyalı tennisçi Rafael Nadal tennisdəki son iki ilindən danışıb.

“Son iki il çətin keçdi, çox şey yaşadım, xüsusən də ombamdakı əməliyyatdan və mədə problemlərimdən sonra. Avstraliyadakı zədələr məni çox kədərləndirdi. Çoxdandır ki, özümü istədiyim kimi oynamağa hazır hiss etmirəm, amma son zamanlar müsbət dinamika var”, – deyə əfsanəvi tennisçi “Punto de Break”ə müsahibəsində fikirlərini bildirib.

Xatırladaq ki, 38 yaşlı Nadal bu il “Rolan Qarros” turnirində mübarizəni ilk raundda Aleksandr Zverevə məğlub olmaqla tərk etmişdi. İdmançının özü bu turniri potensial olaraq karyerasında sonuncu adlandırmışdı.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp