“Yuventus”un ciddi şəkildə maraqlandığı “Aston Villa”nın dayaq yarımmüdafiəçisi Duqlas Luis, turinlilərdən Birmingem klubunun qadınlardan ibarət komandasında oynayan sevgilisi Alisha Lemanla da müqavilə bağlamasını xahiş edib. Bu barədə “JuventusNews24” xəbər verir.

Mənbənin sözlərinə görə, “Yuventus” da Lemanla müqavilə bağlamaqda maraqlıdır, çünki o, qadınlardan ibarət komandanı gücləndirməklə yanaşı, sosial şəbəkələrdə məşhur olduğu üçün Turin klubunun mediada nüfuzunu artıra bilər.

Luis 2019-cu ildən “Aston Villa”da oynayır. Ötən mövsüm yarımmüdafiəçi bütün turnirlərdə 53 oyun keçirib, 10 qol vurub və 10 məhsuldar ötürmə edib. Futbolçunun hazırkı klubu ilə müqaviləsi 2026-cı il iyun ayının sonuna qədər qüvvədədir. “Transfermarkt” internet portalına görə, futbolçunun təxmini dəyəri 70 milyon avrodur.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp