Yeni mövsümün hazırlığına başlayan “Şamaxı” hələlik heyətini müəyyənləşdirməklə məşğuldur. I Liqanın qalibi kimi Premyer Liqaya yüksələn bölgə klubu bir neçə yeni transferə hazırlaşır.

Futbolinfo.az xəbər verir ki, məşqlərə iyulun 1-dən start verməyi düşünən şamaxılılar, əcnəbi futbolçularla danışıq aparır. Hücumçu və dayaq yarımmüdafiəçisi ilə danışıqlar yekunlaşmaq üzrədir, tezliklə adlar açıqlanacaq.

“Şamaxı” daxili bazarda da önəmli addımlar atır. Artıq Belajdi Pusinin “Turan Tovuz”dan ayrılacağı bəlidir. Alban hücumçu sabiq baş məşqçisi Ayxan Abbasovla yendən birlikdə çalışacaq. “Zirə”dən ayrılan İlkin Muradov “Şamaxı” ilə razılıq əldə edib. Onların keçidi tezliklə rəsmiləşməlidir.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp