Almaniyada keçirilən Avropa çempionatının qrup mərhələsinin 1-ci turunda baş tutan Polşa – Niderland matçının ən yaxşı futbolçusu müəyyənləşib.

Futbolinfo.az UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, “narıncılar”ın heyətində Kodi Qakpo qarşılaşmanın ən yaxşı oyunçusu seçilib.

25 yaşlı hücumçu Polşa ilə matçda komandasının bərabərlik qolunun müəllifi olub.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp