“Bir məğlubiyyətə görə təslim olmayacağıq”. Bunu Polşa millisinin baş məşqçisi Mixal Probej Niderland ilə keçirilən AVRO-2024-ün qrup mərhələsinin I turunun oyunundan sonra baş tutan mətbuat konfransında deyib.

51 yaşlı mütəxəssis dəstək üçün azarkeşlərə təşəkkürünü bildirib: “İlk növbədə bütün polşalı azarkeşlərə, stadionda olanlara və oyunu televiziya vasitəsi ilə izləyən tərəfdarlarımıza təşəkkür edirəm. Qarşıdakı iki matçda qalib gəlmək istəyirik. Düşünürəm ki, daha yaxşı çıxış edə bilərik”.

Qeyd edək ki, D qrupunun ilk matçında Polşa Niderland yığmasına 1:2 hesabı ilə uduzub.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp