“Bir saatın tamamında hesab 4:1 bizim xeyrimizə olmalı idi”. Bunu Niderland millisinin baş məşqçisi Ronald Kuman Polşa ilə keçirilən AVRO-2024-ün qrup mərhələsinin oyunundan sonra deyib.

“Vaut Veqhorstun oynaması komandamıza töhfə verdi. Yaxşı ki, ikinci qolu vurub qalib gələ bildik. Bir çox imkanları boşa xərclədik. Kodi Qakponun da çıxışını xüsusi vurğulamaq istərdim. O, topla daha çox oynamalıdır”, – deyə Kuman söyləyib.

Qeyd edək ki, ilk matçında Niderland Polşa yığmasına 2:1 hesabı ilə qalib gəlib.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp