“Hesab edirəm ki, nəticə ədalətlidir”. Bunu Sloveniya millisinin baş məşqçisi Matyas Kek Almaniyada keçirilən Avropa çempionatının qrup mərhələsinin I turu çərçivəsində Danimarka ilə oyundan sonra deyib.

Mütəxəssis ilk hissədə rəqibə həddindən artıq hörmət etdiklərini söyləyib: “Çox fərqli iki hissə gördük. İlk hissədə rəqibə həddən artıq hörmət etdik, amma sonra daha yaxşı oynadıq. Çox yaxşı komandaya qarşı mübarizə apardıq, ancaq qol buraxdığımız epizodda diqqətsiz olduq. Azarkeşlər bizə inanılmaz dəstək verirlər. Çox gülər üzlər görürəm. Hətta rəqib azarkeşlər də hörmət edirlər. Bütün bunları gördüyüm üçün şadam və hər kəsə təşəkkürümü bildirirəm”.

Qeyd edək ki, Sloveniya və Danimarka yığmaları arasında keçirilən görüş 1:1 hesabı ilə başa çatıb.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp