“Kifayət qədər intensivliyimiz yox idi və çox passivləşdik”. Bunu Danimarka millisinin baş məşqçisi Kasper Hyulmand Almaniyada keçirilən Avropa çempionatının qrup mərhələsinin I turunda qarşılaşdıqları Sloveniya ilə oyundan sonra deyib.

Mütəxəssis yaxşı şanslara rəğmən, qol vura bilmədiklərini vurğulayıb: “Düşünürəm ki, ilk hissəni yaxşı keçirdik, lakin 70-ci dəqiqədən sonra bir qədər enerji itirdik. Yaxşı şanslarımız, əla əks-hücumlarımız oldu. Amma bunlardan istifadə edə bilmədik. Hər zaman enerji olmalıdır, amma bəzən futbol oyunlarında belə hallar yaşanır”.

Qeyd edək ki, Sloveniya – Danimarka matçı 1:1 hesabı ilə başa çatıb.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp