Heç kimə sirr deyil ki, əksər insanlar asudə vaxtlarını stolüstü oyunlar təşkil etməklə səmərəli keçirməyə çalışır. Bura nərd, domino, dama və sair daxildir.

Lakin stolüstü oyunların şahı şahmat sayılır. Şahmat – seçmə oyundur. Bu oyunu müxtəlif dövrlərin bir çox alimləri, siyasətçiləri, yazıçılari və iş adamları da sevirdilər. Şahmat haqlı olaraq bəşəriyyətin ən qədim oyunlarından hesab olunur.

eee03cdb 881d 4a28 a052 b06c89440a26 - Futbolinfo.az

Şahmat yaddaşı möhkəmləndirir, iradə möhkəmliyi, əzmlilik və qələbəyə cəhd etmə kimi cəhətləri formalaşdırır. Eyni zamanda, oyunçuya məğlubiyyətə mətanət və ləyaqətlə yanaşmağı, təcrübə əldə edərək, özünütənqid və şəxsi hərəkətlərini analiz etməyi öyrədir.

feb9deb2 a744 443e 9b0b 8afcccd0130e - Futbolinfo.az

Kamil Babayev (şahmat müəllimi): “Şahmat oynayanda insan beyninin iki yarımkürəsi işləyir. İnsan beyni qısa müddət ərzində qərarlar verə bilir. Onu deyə bilərəmki, şahmatçılar böyük intelektual səviyyəli idmançılardır. Riyazi bilikləri də çoxalır. İnsan öz ağlı ilə öz hislərinə hökm etməyi bacarır”.

Cəlal Süleymanov (şahmatçı): “Şahmat oyunu mənim həyatımda önəmli yerə sahibdir. Şahmatla məşğul olanda özümü daha da rahat hiss edirəm. Əsasən də bu oyunla məşğul olanda riyazi biliklərimi daha da yaxşılaşdırıram”.

1a9fcf73 4531 47e2 aee1 bd53c1c66c6c - Futbolinfo.az

Deyirlər həyat şahmat taxtası, biz isə onun fiqurlarıyıq. Bəzimiz piyada, bəzilərimiz zabit, kimimiz isə ən yuxarı fiqur, yəni Şah. Oyunun qaydalarına əsasən piyada Şah olmağa çalışır – bu isə normaldır. Çünki  insan daima yüksəlişə, inkişafa can atır. Amma bir şeyi unutmaq olmaz. Böyüklüyundən, kiçikliyindən asılı olmayaraq, oyun bitəndə, bütün fiqurlar eyni qutuya qoyulur.

BƏHRUZ MUSAYEV

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.

Sahə: Uşaq və gənclərin fiziki və mənəvi inkişafında idmanın rolu

media - Futbolinfo.az
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp