“Serbiya millisi güclü komandadır. Bir az əziyyət çəkməli olduq. Məncə, bizim üçün həqiqətən yaxşı nəticədir”. Bunu İngiltərə millisinin baş məşqçisi Qaret Sautqeyt Serbiyaya qalib gəldikləri oyundan sonra mətbuat konfransında deyib.

O, 1:0 hesablı qələbəni belə şərh edib: “Oyunun çox hissəsindən, xüsusən də birinci hissədən çox razı qaldım. Biz topa yaxşı nəzarət edirdik. İkinci hissədə tam lazım olan şəkildə oynamadıq, amma qələbə qazanmaq və nəticəni təmin etmək həqiqətən vacibdir”.

Qeyd edək ki, matçın 13-cü dəqiqəsində İngiltərə millisinin yarımmüdafiəçisi Cud Bellinqem topu tora göndərib. Bu qol matçda yeganə olub.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp