AVRO-2024-ün qrup mərhələsinin ilk turunun Serbiya – İngiltərə oyunu öncəsi qalmaqal yaşanıb. Gelzenkirxendə (Almaniya) ingilis və serb azarkeşlər arasında dava olub.

İngiltərəli azarkeşlər serbiyalı fanatların olduğu bara hücum ediblər. Daha sonra hər iki komandanın fanatları bir-birlərinə əşyalar atıblar.

Davadan sonra 7 serbiyalı azarkeş həbs edilib. Fanatlardan birinə ağır bədən xəsarəti yetirmək maddəsi ilə cinayət işi açılıb.

Xatırladaq ki, ötən gecə İngiltərə yığması Serbiyaya 1:0 hesabı ilə qalib gəlib.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp