“Rəqib çox yaxşı və güclü komandadır. Lakin biz cəsarətli oyun sərgilədik”. Bunu Serbiya millisinin baş məşqçisi Draqan Stoykoviç AVRO-2024-ün qrup mərhələsinin I turunda İngiltərə 0:1 hesabı ilə uduzduqları matçdan sonra deyib.

Mütəxəssis futbolçuları ilə qürur duyduğunu bildirib: “Məğlubiyyətə layiq deyildik. Sloveniya ilə növbəti görüşdə əlimizdən gələni edəcəyik. Bu qarşılaşmada qalib gəlməliyik”.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp