“Ferrari” komandasının sürücüsü Şarl Lekler olimpiya məşəli estafetində iştirak edəcək. Moneqask Monakoda olimpiya məşəlinin ilk daşıyıcısı olacaq. Bu barədə “Radio Monaco” məlumat yayıb.

“Şarl Lekler olimpiya məşəlinin ilk məşəldarı olacaq. Bu gün biz hələ də onun Monako qran-prisində qazandığı tarixi qələbədən fərəh hissi keçiririk”, – deyə  mənbə məlumat verib.

Parisdə Olimpiya Oyunları iyulun 26-dan avqustun 11-dək keçiriləcək.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp