“Bizim əla komandamız var”. Bunu Rumıniya millisinin baş məşqçisi Edvard Yordanesku Almaniyada keçirilən Avropa çempionatının qrup mərhələsinin I turunda Ukraynaya qalib gəldikləri matçdan sonra deyib.

Mütəxəssis fantastik oyun sərgilədiklərini bildirib: “Oyunçularımı təbrik edirəm. Bu, sadəcə, inanılmazdır. Dünyadakı hər bir rumıniyalıya təşəkkür etmək istərdim. Bilirəm ki, onlar bu gün bizimlə idilər”.

Qeyd edək ki, 3:0 hesabı ilə qələbə qazanan rumınlar qrup liderliyinə yüksəlib.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp