“Təbii ki, futbolçular nəticəyə görə məyus oldular”. Bunu Belçika millisinin baş məşqçisi Domeniko Tedesko Almaniyada keçirilən Avropa çempionatının qrup mərhələsində Slovakiyaya uduzduqları (0:1) matçdan sonra deyib.

Mütəxəssis çoxlu qol vəziyyətləri yaratdıqlarını, lakin bunlardan istifadə edə bilmədiklərini söyləyib: “Gec-tez məğlub olacağımızı bilirdim. Təəssüf ki, bu gün baş verdi. Komandaya yaxşı oynamaq üçün az məsləhət verə bilərəm. Qol vursaydıq, qarşılaşma daha asan keçərdi”.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp