Slovakiya millisinin baş məşqçisi Françesko Kaltsona qələbədən məmnundur. O, Belçika üzərində zəfərə baxmayaraq, hələ çox çalışmalı olduqlarını deyir.
Təcrübəli məşqçi Belçika yığmasına 1:0 hesabı ilə qalib gəldikləri Avropa çempionatının qrup mərhələsinin I turunun oyunu barədə danışarkən deyib: “Bu, vacib qələbədir. Lakin biz daha çox çalışmalıyıq. Belə rəqibi məğlub etmək üçün hər cür səy göstərdilər. Artıq növbəti matçları düşünməliyik”.