Ralf Ranqnik məğlubiyyətə görə əsəbləşməyib. O, Fransa millisi layiqli qələbə qazandığını etiraf edir.
Avstriya millisinin baş məşqçisi AVRO-2024-də qrupun il oyununda məğlub olmalarını gözlənilə sayır: “Qapıçımız Patrik Penz bu gün əla iş gördü. Komandamı qınamıram. Həmişə düzgün qərarlar vermirdilər, amma rəqibin də kim olduğunu unutmayaq”.
Xatırladaq ki, Fransa rəqibin avtoqolu sayəsində 1:0 hesabı ilə qalıb gəlib.