“Hücumda daha dəqiq olmalı idik. Amma əsas yarışa qələbə ilə başlamaqdır”. Bunu Fransa millisinin baş məşqçisi Didye Deşam futbol üzrə Avropa çempionatının qrup mərhələsinin I turunda Avstriya yığmasına 1:0 hesabı ilə qalib gəldikləri oyundan sonra deyib.

Mütəxəssis oyunçularından razı qaldığını bildirib: “Hər şeyi daha əvvəl bitirmək imkanlarımız var idi. Amma hər matç asan olmur. İrəlidə əla futbolçularımız olsa da, istədiyimizi edə bilmədik”.

Xatırladaq ki, Deşamın başçılığı altında 6 böyük turnirdə çıxış edən Fransa yığması həmişə yarışa qəəbə ilə başlayıb.

Shares: