“Los Angeles Dodgers” komandasının oyunçusu Mukie Bettsin Major League Baseball (MLB) çempionatında “Kanzas Siti” ilə oyunda qolu sınıb.

Beysbolçu rəqibin oyunçusu Dan Altavillanın servisini dəf etməyə hazırlaşırdı. Lakin 157 km/saat sürətlə hərəkət edən top Bettsin sol biləyinə dəyib. O, dərhal əlini tutub və yerə yıxılıb.

Oyundan sonra “Dodgers”ın baş məşqçisi Deyv Roberts, Bettsin biləyində sınıq olduğunu, lakin əməliyyata ehtiyac olmadığını söyləyib. Klub beysbolçunun bu mövsüm də meydana qayıdacağna ümid edir.

MLB-nin müntəzəm mövsümü martın 20-də başlayıb və sentyabrın 29-da başa çatacaq. 31 yaşlı Betts “Dodgers”ın aparıcı oyunçularından biridir və ikiqat MLB çempionudur.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp