“Şamaxı” ötən mövsümü “Turan Tovuz” komandasında keçirən Belaydi Pusini transfer edib.

Futbolinfo.az bu barədə klubun mətbuat xidmətinə istinadən xəbər verir.


Əyalət təmsilçisi albaniyalı hücumçu ilə 1 illik müqavilə imzalayıb.

26 yaşlı futbolçu 2022-ci ildə Tovuz klubuna transfer edilmişdi. O, Tovuz klubunda “Şamaxı”nın yeni baş məşqçisi Ayxan Abbasovun rəhbərliyi altında çıxış edirdi.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp