“Kleine Zeitung” qəzetinin yaydığı məlumata görə , bir qrup ekologiya fəalı iyunun 28-dən 30-dək Avstriya qran-prisinin keçiriləcəyi “Red Bull Ring”ə gedən yolları mühasirəyə almağı planlaşdırır.

Futbolinfo.az xəbər verir ki, yerli hüquq-mühafizə orqanları artıq vəziyyətlə bağlı məlumatlandırılıb.

Ehtimal olunur ki, ekoloji fəallar, bir il əvvəl olduğu kimi, özlərini asfalta yapışdıracaqlar. Mərhələnin promouterləri artıq bəzi müvafiq tədbirlər görüblər. Aksiya keçirmək istəyənlərin trasa daxil olmasının qarşısını alıblar.

Avstriyadakı mərhələ İspaniya qran-prisindən bir həftə sonra Şpilberqdə keçiriləcək.

Xatırladaq ki, bu mərhələ şənbə günü sprint yarışlarının daxil olduğu altı qran-pridən biridir.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp