Şotlandiya millisinin müdafiəçisi Rayan Porteus Avropa çempionatında iki oyunluq diskvalifikasiya edilib.

Futbolinfo.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, buna səbəb futbolçunun AÇ-2024-ün açılış matçında Almaniyaya qarşı (1:5) oyunun ik hissəsinin sonlarına yaxın İlkay Gündoğanla mübarizədə kobudluğa yol verməsi olub.

Birbaşa qırmızı vərəqə ilə meydandan qovulan Porteus eyni zamanda Şotlandiya komandasının qapısına penalti təyin edilməsinə səbəb olub.

Almaniya – Şotlandiya matçı meydan sahiblərin 5:1 hesablı qələbəsi ilə yekunlaşıb. Şotlandiya AÇ-2024-də növbəti görüşlərini İsveçrə (19 iyun) və Macarıstana (23 iyun) qarşı keçirəcək.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp