AÇ-2024-ün qrup mərhələsinin birinci turunda Avstriya ilə keçirilən oyun (1:0) Fransa millisinin baş məşqçisi Didye Deşam üçün əlamətdar olub.

Futbolinfo.az xəbər verir ki, bununla “üçrənglilər” 6-cı dəfə böyük turnirin final mərhələsində mübarizəyə məhz Deşamın rəhbərliyi altında başlayıb.

55 yaşlı mütəxəssis üç dünya və üç Avropa çempionatında yığmanın “sükanı arxası”nda olub.

O, Avropa yığmalarını 6 böyük turnirə çıxaran 4-cü məşqçi olub. Deşam bu göstəriciyə görə fransalı Helmut Şön və portuqaliyalı Fernandu Santuşa çatıb. Hazırda Azərbaycan millisini çalışdıran Santuş daha əvvəl Yunanıstan və Portuqaliya ilə ümumilikdə 3 dəfə dünya, 3 dəfə Avropa çempionatında yer alıb. Şön isə Almaniya seçməsini 4 dünya, 2 Avropa çempionatına çıxarıb.

Bu baxımdan rekordçu isə almaniyalı Yoahim Lövdü. O, Almaniya millisi ilə 3 dünya, 4 qitə çempionatı həyəcanı yaşayıb.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp