Azərbaycan millisinin sabiq futbolçusu Rüfət Dadaşov Almaniyada klubunu dəyişməyə yaxın olub.

Futbolinfo.az yerli mətbuata istinadən xəbər verir ki, Berlin “Dinamo”sunun hücumçusu Regionalliqanın digər təmsilçisi “Halleşe”dən təklif alıb.

Tərəflər arasında ilkin danışıq da olub. Lakin 32 yaşlı forvard son anda keçiddən imtina edib. O, “Dinamo”da onu hər şeyin qane etdiyini və növbəti mövsümü də bu komandada keçirəcəyini açıqlayıb. Berlin komandasının prezidenti Peter Meyer də məsələyə münasibət bildirib. Klub rəhbəri Rüfətlə bağlı rəsmi təklif almadıqlarını, alsalar belə, onu heç yerə buraxmayacaqlarını söyləyib.

Qeyd edək ki, Rüfət Dadaşovun “Dinamo” ilə müqavilə müddəti 2025-ci ilin yayına qədərdir. Hücumçu 2013-2019-cu illərdə Azərbaycan millisinin heyətində keçirdiyi 24 oyunda 5 qol vurub.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp