“Zirə”nin 2024-2025 mövsümündə Avropa Liqasının 1-ci təsnifat mərhələsindəki rəqibi müəyyənləşib.
Futbolinfo.az saytı xəbər verir ki, püşkatma mərasimi İsveçrənin Nyon şəhərində baş tutub.
İlk raundun püşkü zamanı səpələnməmişlərdə yer alan Premyer Liqanın gümüş mükafatçısı bu raundda “Şerif”lə (Moldova) qarşılaşacaq.
Rəşad Sadıqovun yetirmələri ilk oyununu iyulun 11-də səfərdə, cavab görüşünü isə həmin ayın 18-də evdə keçirəcək.