“Belə turnirlərdə qələbə qazanmaq üçün komandada bir az istedad və təcrübə çatışmır”. Bunu Gürcüstan millisinin baş məşqçisi Villi Sanyol Avropa çempionatının final mərhələsinin I turunda Türkiyə (1:3) ilə matçdan sonra deyib.

Mütəxəssis komandanın performansı ilə fəxr etdiyini söyləyib: “Uduzmaq heç vaxt xoş deyil, amma biz gürcü futbolunu bu qədər müsbətə çevirdiyimiz üçün öz performansımızla fəxr edə bilərik. Düşünürəm ki, sonda Türkiyə qədər şansımız oldu”.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp