Növbəti mövsüm üçün transfer çalışmalarını davam etdirən “Karvan”, heyətini yeni futbolçular ilə gücləndirəcək. Yevlaxlılar Rəhman Şabanov və İbrahim Qədirzadə ilə anlaşıb.

Hər iki futbolçu ötən mövsüm digər I Liqa “Zaqatala” klubunda forma geyinib və yevlaxlılarla bir illik müqavilə imzalayacaqlar.

Qeyd edək ki, yaxın günlərdə hər iki futbolçunun transferi rəsmən açıqlanacaq.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp