Almaniyada təşkil olunan Avropa çempionatının final mərhələsinin I turu çərçivəsində F qrupunda baş tutan Portuqaliya – Çexiya matçının ən yaxşı futbolçusu müəyyənləşib.
Futbolinfo.az UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, Portuqaliya millisinin üzvü Vitinya matçın ən yaxşı oyunçusu adına layiq görülüb.
Qarşılaşma Portuqaliya millisinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.