Türkiyə millisinin üzvü Arda Güler Avropa çempionatlarının tarixinə düşüb.

Futbolinfo.az “Opta Sport”a istinadən xəbər verir ki, o, buna AÇ-2024-ün qrup mərhələsinin ilk turunda Gürcüstanla matçda fərqlənməklə nail olub.

Nəticədə Arda Avropa çempionatları tarixində debüt oyununda qol vuran ən gənc futbolçu olub (19 yaş 114 gün).

O, 2004-cü ildə Yunanıstan millisinə qarşı 19 yaş 128 günlüyündə qol vuran portuqaliyalı hücumçu Kristiano Ronaldonun rekordunu qırıb.

Türkiyə millisi Gürcüstana 3:1 hesabı ilə qalib gəlib.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp