Konor Makqreqor Kriştianu Ronaldonun AVRO-2024-ün bombardiri olacağını hesab edir.

İrlandiyalı döyüşçü 39 yaşlı portuqaliyalı forvardın Almaniyada keçirilən turnirdə “Qızıl buts”u qazanmasına 15.00 əmsalla 60.000 funt sterlinq qoyub.

“Ronaldonun “Qızıl buts”u saxlamasına 60 min. Siuuu!” – deyə MMA döyüşçüsü sosial şəbəkə hesabında yazıb.

Qeyd edək ki, əmsal tutarsa, Makqreqorun uduşu 900 min funt sterlinq ola bilər.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp