“Ferrari”nin pilotu Şarl Lekler Parisdə keçiriləcək Yay Olimpiya Oyunlarının açılışı ərəfəsində ənənəvi məşəl estafetində iştirak edib.

Monakolu sürücü məşəllə şəklini sosial şəbəkə hesabında paylaşıb. O, Monakoda olimpiya məşəlini yandıran ilk insan olub.

Xatırladaq ki, Olimpiada ilə əlaqədar məşəlin marşrutuna Monako ərazisi də daxil edilib.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp