“Aston Martin” komandasının pilotu, ikiqat Formula 1 çempionu Fernando Alonso Parisdə keçiriləcək Olimpiya Oyunlarında cütlükdə çıxış edəcək ispan tennisçilər – Rafael Nadal/Karlos Alkaras dueti haqqında fikirlərini bölüşüb.

“Onlar tennis kimi mürəkkəb və populyar idman növündə çıxış edən iki əfsanədir. Bütün ispan idmançıları fəxr edə bilər ki, komanda iki belə nəhənglə təmsil olunacaq. Bu, həqiqətən də milli komanda üçün şərəfdir”, – deyə Alonso “Mundo Deportivo”ya müsahibəsində bildirib.

Xatırladaq ki, Parisdə Olimpiya Oyunlarında tennis yarışları iyulun 27-dən avqustun 4-dək keçiriləcək.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp