Erməni gimnastı Silva Sarkisyan, Ermənistanın bədii gimnastika komandasının BRİKS oyunlarından turnirin baş hakimi Azərbaycan nümayəndəsi təyin olunması ilə əlaqədar geri çəkildiyini etiraf edib.

Xatırladaq ki, Sarkisyan sosial şəbəkədə milli komandanın turnirdə iştirakdan imtina etdiyini açıqlamışdı.

“Əziz dostlar, azarkeşlər və həqiqətən məni Kazanda BRİKS oyunlarında gözləyən hər kəs. Təəssüf ki, Ermənistan komandası yarışdan çıxdı və mən turnirdə iştirak etməyəcəyəm”, – deyə Sarkisyan öz “Telegram” kanalında yazıb.

Sarkisyan daha sonra, Ermənistan komandasının BRİKS oyunlarında baş hakimin Azərbaycan təmsilçisi ilə əvəzlənməsinə görə turnirdən çıxmaq qərarına gəldiyini “RİA Novosti” agentliyinə təsdiqləyib.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp