“Zirə”nin Avropa Liqasının 1-ci təsnifat mərhələsindəki rəqibi “Şerif” heyətini gücləndirib.

Futbolinfo.az xəbər verir ki, Moldova klubu müdafiə xəttinə yeni oyunçu cəlb edib.

Belə ki, Avstriyanın “Austria” klubunun braziliyalı müdafiəçisi Mateus Gilyerme Lins “Şerif”in yay fasiləsindəki üçüncü transferi olub. Lustenau təmsilçisindən alınan mərkəz müdafiəçisinin keçidi rəsmi sayt vasitəsilə elan edilib.

“Şerif” Mateusa qədər Fil Dişi Sahilindən olan mərkəz müdafiəçisi Joslen Beiratş və sudanlı hücumçu Adjaka Riakanı transfer edib.

Qeyd edək ki, “Zirə” ilə “Şerif” arasında ilk oyun iyulun 11-də Tiraspolda, cavab matçı isə bir həftə sonra Bakıda keçiriləcək.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp