“Qarabağ”ın 2024-2025 mövsümündə Çempionlar Liqasının 2-ci təsnifat mərhələsindəki potensial rəqibi müəyyənləşib.

Futbolinfo.az saytı xəbər verir ki, püşkatma mərasimi İsveçrənin Nyon şəhərində baş tutub.

İkinci raundun püşkü zamanı səpələnmişlərdə yer alan Azərbaycan çempionu bu raundda “Hamrun” (Malta) – “Linkoln” (Cəbəllütariq) cütünün qalibi qarşılaşacaq.

Qurban Qurbanovun yetirmələri ilk oyununu iyulun 23 və ya 24-də səfərdə, cavab görüşünü isə həmin ayın 30 və ya 31-də evdə keçirəcək.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp