“Neftçi”nin sabiq baş məşqçisi Miodraq Bojoviç Almaniyada keçirilən Avropa çempionatı ilə bağlı düşüncələrini bölüşüb.

Futbolinfo.az xəbər verir ki, monteneqrolu mütəxəssis AÇ-2024-dən zövq almadığını bildirib.

Onun fikrincə, Rusiya yığmasının yeri görünür:

“Rusiya millisinin Avropa çempionatındakı yoxluğu aşkar bilinir. Oyunlara baxdım, keyfiyyətli birini görmədim. AÇ-2024-də hələ ki, normal oyun yoxdur. Əlbəttə, heç kim bilmir ki, bugünkü Rusiya yığması Avropa çempionatında qrupdan çıxa bilər, ya yox. Ancaq bir həqiqət var ki, Rusiya millisi olmadan çempionat çox zəif görünür. Orada keyfiyyətli futbol görməmişəm”.

Qeyd edək ki, Miodraq Bojoviç ötən mövsümün ikinci yarısında “Neftçi”ni çalışdırıb.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp