Mingəçevir şəhərində yerləşən “Kür” Olimpiya Tədris İdman Mərkəzinin zalında Azərbaycan Cüdo Federasiyası və  Mərkəzi Aran Regional Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı açıq şəhər birinciliyi keçirilib. Yarış mərhum cüdoçu Turan Rüstəmovun xatirəsinə həsr olunub.

Yarışda 13 şəhər və rayondan 16 çəki dərəcəsində 400-dən çox idmançı mübarizə aparıb. Gərgin idman mübarizəsi şəraitində baş tutan yarış iki gün davam edib.

Sonda hər çəki dərəcəsi üzrə mükafatçılar sırasında yer alan cüdoçular Mərkəzi Aran Regional Gənclər və İdman İdarəsi tərəfindən təsis edilən diplom və medallarla təltif olunublar.

BƏHRUZ MUSAYEV, MİNGƏÇEVİR

123659d0 cd09 47d2 887d 20d68e5f481f - Futbolinfo.az
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp