“Zirə”nin Avropa Liqasının 2-ci təsnifat mərhələsindəki potensial rəqibləri müəyyənləşib.

Futbolinfo.az xəbər verir ki, 1-ci raunddakı “Şerif” (Moldova) – “Zirə” cütünün qalibinin növbəti mərhələdə qarşılaşacağı mümkün komandalar bəlli olub.

Təmsilçimiz “Şerif” səddini keçərsə, növbəti mərhələdə “Elfsborq” (İsveç) – “Pafos” (Kipr) cütünün qalibi ilə qarşılaşacaq. “Şerif” – “Zirə” cütünün qalibi birinci görüşünü evdə keçirəcək.

Qeyd edək ki, Avropa Liqasında 2-ci təsnifat mərhələsinin oyunları iyulun 25-də və avqustun 1-də olacaq.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp