2026-cı ilin “Tour de France” yarışı Barselonada start götürəcək. Bu barədə veloyürüşün təşkilatçıları məlumat yayıb.

“Biz böyük bir elanı nəzərinizə çatdırırıq. Bu, Barselona, idman və velosiped idmanı üçün tarixi gündür. Mən böyük xəbəri elan etməkdən qürur duyuram: Barselona 2026-cı ildə “Tour de France”ın möhtəşəm startına ev sahibliyi edəcək” deyə Kataloniya paytaxtının meri Xayme Kolboni isə “Relevo”ya müsahibəsində bildirib.

Məlumata görə, “Tour de France 2026” Barselonada iyulun 4-də start götürəcək. Bundan əlavə, Kataloniya ərazisində daha iki mərhələ – iyulun 5-i və 6-da keçiriləcək.

Xatırladaq ki, Barselona artıq 2009-cu ildə “Tour de France”ın iki mərhələsinə ev sahibliyi edib.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp