Avropa Liqasının 2-ci təsnifat mərhələsinin püşkü atılıb.

Futbolinfo.az xəbər verir ki, tədbir İsveçrənin Nyon şəhərində təşkil olunub.

Püşkə 6 cüt və 12 klub qatılıb. Onlar 9 cütlük təşkil edib. Bu mərhələnin matçları iyulun 25-də və avqustun 1-də keçiriləcək.

Azərbaycan Premyer Liqasının gümüş mükafatçısı “Zirə”nin potensial rəqibi də bəlli olub. Türkiyə “Trabzonspor”u da mümkün rəqibini tanıyıb.

“Ayaks” – “Voyvodina”

“Rujomberok”/”Tobol” – “Trabzonspor”

“Llapi”/”Visla” – “Rapid” (Vyana)

“Kilmarnok” – “Serkl Brügge”

“Molde” – “Silkeborq”

“Paksi”/”Korvinul” – “Riyeka”

“Braqa” – “Makkabi” (Petah Tikva)

“Panatinaikos” – “Botev”/”Maribor”

“Şerif”/”Zirə” – “Elfsborq”/”Pafos”

Qeyd edək ki, ilk raundun matçları iyulun 11-də və 18-də keçiriləcək.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp