“Sabah”, “Sumqayıt” və “Zirə”nin Konfrans Liqasının 2-ci təsnifat mərhələsindəki rəqibləri müəyyənləşib.

Futbolinfo.az xəbər verir ki, mübarizəyə bu raunddan qoşulacaq “Sumqayıt” “Fehervar”la (Macarıstan), “Sabah” isə “Makkabi” (Hayfa, İsrail) ilə qarşılaşacaq.

“Sumqayıt” mövsümə evdə, “Sabah” isə səfərdə başlayacaq.

Avropa Liqasının 1-ci raundunda “Şerif”lə (Moldova) üz-üzə gələcək “Zirə” isə rəqibinə məğlub olarsa, Konfrans Liqasının 2-ci təsnifat mərhələsində “Dunayska Ştreda”ya (Slovakiya) rəqib olacaq. “Zirə”nin təşkil etdiyi cütün məğlubu ilk görüşünü evdə keçirəcək.

Qeyd edək ki, Konfrans Liqasında 2-ci təsnifat mərhələsinin oyunları iyulun 25-də və avqustun 1-də keçiriləcək.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp